Showing posts with label cənnət. Show all posts
Showing posts with label cənnət. Show all posts

Tuesday, 17 September 2013

ANA SEVGİSİ -HEKAYƏ - zerifler

ANA SEVGİSİ -HEKAYƏ
Sakit, isti və günəşli bir gün idi. Bir mələk cənnətdən qaçıb yaşlı dünyamıza endi. Mələk tarlalarda,meşələrdə, şəhərlərdə və kiçik kəndlərdə dolaşmağa başladı.


Ətraflı ardında
http://Zerifler.com saytında oxu


//http://zerifler.com

Tuesday, 23 July 2013

Dəyərli sözlər. - zerifler

Dəyərli sözlər.


Həyat hər kəs üçün ağrılı-acılıdır, çünki mənim boş yerə istədiklərimə sahib olan nə qədər insan görmüşəm, onlar da xoşbəxt deyil.

İnsanlar ağılsızlıqları üzündən alınlarına yazılanlara görə əzab çəkərlər.

Öyrəndikdən, sevdikdən sonra daha çox əzab çəkəcəksiniz.

Bütün ağrılar azalar, əsas odur ki, çörəyin olsun.

İnsan ya ağrılarını unutmağı, ya da öz məzarını qazmağı bilməlidir.

İçin köz kimi yanarkən susmaq, ağrıların ən betəridir.



Yüngül ağrılar danışa bilər, amma dərin ağrılar dilsizdir.

Hansı əzab sevginin verdiyi ağrıdan qiymətlidir?

Böyük insanlar bu dünyada böyük əzablar çəkmək məcburiyyətindədirlər.

Sevgi, ürəyimizin ən hörmətsiz qonağıdır. Bizdən soruşmamış gəlir, soruşmamış da gedir.

Sevgi, ağıllı, axmaq demir, o bütün insanlara yoluxan bir xəstəlikdir.



Əsl sevgi, qarşılığında heç bir şey gözləmədiyin yerdə başlayar.

Əsl sevgi, cinlər, pərilər kimidir: hər kəs bəhs edər, amma gözüylə görənlər çox azdır.

Sevgi böyükdür, amma sonsuz deyil.

Sevgi, bezməklə ölür, unutmaqla basdırılır.

Yeni bir sevgi, yeni bir dərd deməkdir.



Sevgi, insana təmkinlik, ciddilik, hətta gözəllik verir.

Varlı, çox mala sahib olana yox, zəngin ürəyi olana deyilməlidir.

Qüvvətli insan, özü özünü məğlub edən insandır.

Düşmənlərinizin ən qüvvətlisi içinizdədir.

Övlad qoxusu, cənnət qoxusudur.



Elə şeylər vardır ki insan onları edib peşman olur, lakin yenə də edər.

Ən böyük yalançı kimdir? Ən çox özündən bəhs edən.

İdeallar ulduzlar kimidir, onları tutmaq mümkün olmur, amma qaranlıq gecələrdə yolumuza onlar rəhbərlik edirlər.

Ədalət topaldır.

Ən düz işləyən saat mədədir.


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

Ana qarğışı və qəbir əzabı - zerifler

Ana qarğışı və qəbir əzabı


Nəql olunur ki, günlərin birində Peyğəmbər (s) məsciddə olduğu vaxt Cəbrayıl (ə) nazil olub, salam verdikdən sonra dedi:
“Ey Allahın Rəsulu! Bəqi qəbiristanlığına gedin. Bəlkə sizin mübarək qədəmlərinizin sayəsində dar və qaranlıq qəbir içində əzab çəkənlər nicat tapalar.”
Peyğəmbər (s) səhabələrdən bir neçəsi ilə birlikdə Bəqi qəbristanlığına yollandı. Əli (ə) Peyğəmbərlə (s) yolda rastlaşarkən salam verib hara getdiklərini soruşanda “Bəqi qəbristanlığına”–deyə Peyğəmbər (s) cavab verdi. Həzrət Əli (ə) də onlarla birgə Bəqi qəbristanlığına yollandı. Qəbristanlığa çatanda Peyğəmbər (s) qəbirlərin birindən gələn səsi eşitdi:
“Dadıma çat, ya Rəsuləllah!
Peyğəmbər (s) səs gələn qəbirə yaxınlaşıb dedi: “Ey qəbir əhli! Nə üçün və necə əzab çəkdiyinin səbəbini söylə.
Qəbirdən cavab gəldi: “Ey günahkarların dadına yetən! Ana qarğışı məni bu əzaba düçar etmişdir. Ona görə ki, anamı çox incitmişdim.”
Peyğəmbər (s) üzünü Bilal Həbəşiyə tutub dedi: “Mədinə camaatına xəbər verin ki, hamı öz ölənlərinin qəbirləri ətrafında toplaşsın.” Bilalın çağırışını eşidən Mədinə camaatı qəbristanlığa toplaşdılar. Beli bükülmüş qoca bir qarı da gəlib həmin qəbrin kənarında dayandı. Qarı Peyğəmbərə (s) salam verib, soruşdu: “Ey Allahın Rəsulu! Bizi buraya yığmağınızın səbəbi nədir?”
“Ay qarı, bu sənin övladının qəbridir?–deyə Peyğəmbər (s) soruşdu.
Qarı dedi: Bəli.
Peyğəmbər (s) qarıya dedi: “Sənin övladın çox dəhşətli əzaba düçar olub. Gəl sən onun təqsirindən keç və haqqını ona halal et!”
“Yox, onu heç vaxt bağışlamaram!–deyə qarı dilləndi.
Peyğəmbər (s) səbəbini soruşanda qarı dedi: “Ey Allahın rəsulu! Bu uşağı min bir əzab-əziyyətlə böyütdüm ki, qocalanda mənə hayan olsun. Amma o, böyüyüb mənə daha da əziyyət verdi.
Peyğəmbər (s) buyurdu:
“Ay qarı, övladının təqsirindən keç ki, bu dəhşətli əzabdan qurtula bilsin.”
Peyğəmbər (s) əllərini göyə qaldırıb dua etməyə başladı:
“Ey Rəbbim, Səni and verirəm “Pənc tən Ali əba hörmətinə, bu övladın səsini anasının qulağına çatdır. Bəlkə ana ürəyi övladının yalvarışlı səsini eşidib rəhmə gələ!” Sonra üzünü qarıya tutub dedi:
“Qulağını oğlunun qəbrinə söykə ki, onun fəryad səsini eşidəsən.” Qarı qulağını qəbrə söykəyəndə ürək ağrıdan nalə səsi eşitdi. İxtiyarsız olaraq ağlamağa başladı. Qarı dedi:

Ana qarğışı və qəbir əzabı


“Ey günahkarlara şəfaət edən, bu necə fəryad və nalə səsidir ki, qəbirdən gəlir? O deyir: “Başımın üstündə və ayağımın altında, sağ və sol tərəfimdə hər yer alovdur! Ey ana! Məni bağışla və günahımdan keç. Yoxsa qiyamət gününə qədər bu əzab içində qalacağam.”
Bu sözləri eşidəndən sonra qarının ürəyi yumşaldı və oğlunun halına acıyaraq dedi: “Ey Allahım! Övladımın günahından keçdim və onu bağışladım.”
Ana övladına halallıq verən kimi Allah-təala öz rəhmət libasını ona geydirib, günahlarını əfv etdi.
Qəbirdən səs gəldi:
“Ay ana! Sən məndən razı olduğun kimi, Allah-təala da səndən razı olsun.”








/zehra-yolu.com/


http://Zerifler.com saytında oxu

//http://zerifler.com