Showing posts with label tort salat. Show all posts
Showing posts with label tort salat. Show all posts

Tuesday, 23 July 2013

Krekerli salat - zerifler

Krekerli salat

Ərzaqlar:
150-200 qr. duzlu kreker (peçenye)
konservləşdirilmiş balıq 1 banka (sayra,tunes, qorbuşa- mən tunes balığından hazırladım)
1 baş qırmızı soğan
4 yumurta
150 qr. holland pendiri
1 diş sarımsaq
mayonez
Hazırlanması: Soğanı xırda-xırda doğrayın (15-20 dəq. duzlu suda saxlayın, sonra suyunu boşaldın). Balığın suyunu boşaldın, çəngəl ilə əzin, mayonez və soğanı əlavə edib qarışdırın. Holland pendirini sürtkəcdən keçirin, 1 diş sarımsağı əzib əlavə edin, mayonezlə qarışdırın. Yumurtanı sürtkəcdən keçirin, duzlayin, mayonezlə qarışdırın. Beləliklə 3 fərqli içlik alındı.
1.Krekerləri salat qabına düzün.
2.Yumurtalı içlikyi üzərinə çəkin.
3.Kreker.
4.Balıqlı içlik.
5.Kreker
6.Pendirli içlik.
7.Kreker.
Sonda mayonez çəkin və zöqünüzə görə salatı bəzəyin.


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

Qu quşu salatı - zerifler

Qu quşu salatı

Ərzaqlar:
200 qr. toyuğun döş əti
2 iri kartof
1 baş soğan
1 duzlu xiyar
3 yumurta
Mayonez, duz
Hazırlanması: Kartofu bişirin. Yumurtanı bişirib ağını sarısından ayırın. Bütün ərzaqları xırda doğrayın. Hər qatı mayonezləyərək qat-qat yığın. Sonda yumurtanın ağı və göyərti ilə salatı bəzəyin.


http://Zerifler.com saytında oxu

//http://zerifler.com