Showing posts with label piroq. Show all posts
Showing posts with label piroq. Show all posts

Tuesday, 23 July 2013

Armudlu piroq - zerifler

Armudlu piroq
Armudlu piroq

Ərzaqlar:
4 armud
100 qr. şəkər tozu
50 qr. kərə yağı
50 ml. su
zövqünüzə görə qoz

Xəmir üçün:
300 qr. kərə yağı
250 qr. şəkər tozu
4 yumurta
200 qr. un
qabardıcı (yaxud soda)
1 çimdik duz
Hazırlanması: Armudların qabiğını soyub tumlardan təmizləyin 4 yerə bölün. Tavaya şəkər tozunu, yaği, suyu töküb qaynadın. Şəkər əriyən kimi armudları bura əlavə edib qızılı rəng alana qədər asta - asta qarışdıraraq bişirin.Qızılı rəng alanda ocaqdan götürün.
Xəmirin hazırlanması: Boşalmış yağı mikserlə çalın. Yağ yüngül və açıq rəng olanda şəkər tozunu əlavə edib yaxşıca qarışdırın. Yumurtaları bir-bir qarışdıra-qarışdıra əlavə edin. Duz, qabartma tozu, unu əlavə edib qaşıqla qarışdırın. Xəmiri tavaya tökün və armudları istədiyiniz formada düzüb üstünə qoz tökün. 180 dərəcə isinmiş sobada 40 dəq. bişirin.


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

Mannik - zerifler

Mannik
Hazırlanması:
1 st. mannı
150 qr. xama (smetan)
1 st. şəkər tozu
3 yumurta
qabardıcı toz
1 st. un
Hazırlanması: Xamanı mannı ilə qarışdırıb şişməsi üçün 1 saatlıq kənara qoyun. Yumurtani şəkər tozu ilə yaxşıca qarışdırıb mannı-xama qarışığını əlavə edin. Qabardıcı toz və unu da əlavə eidn. Yağ çəkilmiş qaba töküb 180 dərəcə isinmiş sobada 40-45 dəq. bişirin. Bişməsini yoxlamaq üçün çöp batırıb yoxlayın.


http://Zerifler.com saytında oxu

//http://zerifler.com